Azedu.az

Memarlıq və inşaat fakültəsində qrup nümayəndələri ilə görüş

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

2 Noyabr 2023, 14:16
Memarlıq və inşaat fakültəsində qrup nümayəndələri ilə görüş

Bakı Mühəndislik Universitetində  (BMU) Memarlıq və inşaat fakültəsinin qrup nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, fakültənin dekanı Afər Əlifov tədris prosesinin təşkili ilə bağlı tələbələri maraqlandıran məsələlərin birgə müzakirə edilməsi baxımından görüşün əhəmiyyətini vurğulayıb.

 

Sonra çıxış edən tədris işləri üzrə dekan müavini Pərviz Məmmədov, elm və tərbiyə işləri üzrə dekan müavini Vüqar Muradov tədris, tərbiyə və nizam-intizam məsələlərinə toxunublar.

 

Tədbir səslənən müxtəlif rəy və təkliflərin müzakirəsi, tələbələrin suallarının cavablandırılması ilə sona çatıb.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox