Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-14 14:06:51
Nazir sertifikasiya imtahanının məqsədini açıqlayıb

“Azərbaycan məktəbliləri bu il beynəlxalq fənn olimpiyadalarında 57 medal qazanıblar”.

 

AzEdu.az xəbər verir ki,  bunu elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib:

 

“2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. Bu tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”.