Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-14 15:11:00
Xarici dil müəllimləri sertifikasiyadan azad oluna bilər ? - ŞƏRH  

2020-ci ildən Azərbaycan ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması məsələsi gündəmə gəldi. Beş ildən bir keçirilməsi nəzərdə tutulan sertifikatlaşdırmanın reallaşdırılması təhsilin keyfiyyətinə təsir etmək baxımından unikal metoddur.

 

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinin birinci mərhələsinin 2022-2026-ci illəri əhatə edəcəyini deyib. İndiyə qədər İbtidai sinif müəllimləri və Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiya prosesindən keçiblər. 2026-cı ilə qədər bütün fənn müəllimlərinin sertifikasiyadan keçməsi nəzərdə tutulur.

 

 

Azedu.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov sertifikasiya imtahanı verəcək xarici dil müəllimləri ilə bağlı maraqlı təkliflə çıxış edib:

 

 

“Azərbaycanın dövlət məktəbləri üçün tövsiyəm budur ki, ingilis dilindən 7.0 İELTS olan bir müəllim sertifikasiya imtahanndan keçmiş hesab olunsun. İxtisas fənnindən olan imtahandan azad oluna və sadəcə olaraq kurikulumdan imtahan verə bilər. Çünki dil beynəlxaq səviyyədə öyrənilən bir amildir və düşünürəm ki, bizim sözügedən fənnin müəllimlərini yenidən imtahan etməyimizin mənası yoxdur”. 

 

Ekspert beynəlxalq dil sertifikatlarının bakalavr və magistr diplomlarından daha əsaslı, dəqiq ölçmə aləti olduğunu hesab edir:

 

“Ona görə də xüsusilə ingilis dili fənnini tədris edəcəksə, onun İELTS səviyyəsinin təxminən 8.5 və 120 üzərindən ölçülən TOEFL-ın olması tələb oluna bilər. Müxtəlif dillər üzrə beynəlxalq dil sertifikatlarının olması şəxsin dil biliyini daha dəqiq sübutu hesab oluna bilər. Bu baxımdan sözügedən təcrübəni dəstəkləyirəm. Beynəlxalq sertifikatları əldə etmək olduqca çətin olduğundan onların əldə olunması bakalavr və magistr diplomlarından daha əhəmiyyətlidir”.