Azedu.az

DİM sınaq imtahanının nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi

31 May 2023, 09:29
DİM sınaq imtahanının nəticələrini açıqlayıb

Mayın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanı keçirib. İmtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 168 nəfər iştirak edib.

Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır. Doğru cavablandırılan tapşırıqların sayı və qiymətləndirmə cədvəli ilə DİM-in saytında tanış olmaq mümkündür.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox