Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-28 17:06:31
Qaranlıqda kitab oxumaq və monitora baxmaq gözə zərərlidir

Göz insan orqanizminin ən vacib üzvlərindən biridir, çünki həyatın gözəlliklərini məhz gözlərimiz sayəsində görürük. Təəssüf ki, bir çox hallarda onun qeydinə qalmaq əvəzinə daha da zəiflədirik. Qaranlıqda kitab oxumaq, telefona və televizora baxmaq göz üçün zərərlidir.

 

AzEdu.az xəbər verir ki, həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib: “İşıq kütləsinin mavi spektri gözün ön səthinə, hətta göz dibi hüceyrələrinə təsir edir. Aparılan araşdırmalar göstərir ki, mavi spektrin göz dibi hüceyrələrinə uzun müddət təsirindən xoşagəlməz ağırlaşmalar yarana bilər. 3 yaşına qədər uşaqların qadjetlərdən istifadəsi qətiyyən məsləhət görülmür. 3 yaşından 5 yaşına qədər fasilələrlə 30-40 dəqiqə icazə verilir. 7 yaşından sonra isə lazım olduğu müddətdə təhsillə əlaqədar olaraq fasilələrlə istifadə etməyə icazə verilir”.

 

Ekrana baxarkən gözə zərərin çox olmaması ilə əlaqədar həkim-oftalmoloq deyib: “Gecə saatlarında qaranlıqda monitorun gözün ön səthinə mənfi təsirinin qarşısını almaq məqsədilə ümumi işıq fonunda ondan fasilələrlə istifadə etmək tövsiyə olunur. Monitordan istifadə zamanı gözü tez-tez qırpmaq lazımdır və mütləq baxılan monitorun diaqonalı və göz arası məsafə mütənasib olmalıdır”.

 

Yuxudan 1 saat əvvəl telefon, planşet və ya televizora baxmaq məsləhət deyil. Bu vərdiş görmə funksiyalarına mənfi təsir edir. Bir çox hallarda gözdə yorğunluğun və qızartının olmasının səbəbi də elə budur.