
2022-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 122846 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə doğulanların sayı 11,2-dən 12,2-yə qədər artıb.
AzEdu.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, körpələrdən 3438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,3), Mil-Muğan (14,7), Şərqi Zəngəzur (14,5), Lənkəran-Astara (14,2), Qarabağ və Quba-Xaçmaz (14,1), Şirvan-Salyan (13,8), Mərkəzi Aran (13,7) və Qazax-Tovuz (13,3) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Ötən il Azərbaycanda 60 810 ölüm halı qeydə alınıb.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6-ya qədər azalıb.
Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
kitabı







