Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-08 10:58:00
"Az bal toplayan bütün abituriyentlərin ixtisas seçimi üçün müraciətlərini qəbul etmişəm"-Təhsil eksperti

2021-2022-ci tədris ili üçün həm universitetlərə, həm də kolleclərə ixtisas seçimi başa çatdı. Bu ilin qəbul mənzərəsi necə oldu, qruplar üzrə müxtəlif ixtisasların balları necə dəyişdi? Az bal toplayanlar ixtisas seçimini necə etdilər?

 

“Kənardan çoxlarına bu, asan iş təsiri bağışlayır”

 

“2021-2022-ci tədris ili üçün abituriyentlərin ixtisas seçimi başa çatdı və nəticələr elan olundu. İxtisas seçimi etmək üçün xeyli abituriyentlə işlədim. Təkcə Bakıdan deyil, bir çox bölgədən müraciətlər oldu. Proses həm əyani, həm də onlayn şəkildə həyata keçirildi. İxtisas seçimi anidən veriləcək qərar deyil, düzgün, müzakirəli, müqayisəli, analitik olmalıdır. Kənardan çoxlarına bu, asan iş təsiri bağışlayır. Əsla belə deyil”.

 

Bu fikirləri AzEdu.az-a təhsil və qəbul məslələri üzrə ekspert Sevinc Purkeştasib deyib. O, az bal toplayan abituriyentlərin ixtisas seçimi prosesinin çətinliyini və məsuliyyətini xüsusi qeyd etdi:

 

“Bir abituriyentin ixtisas seçimi üçün saatla vaxt sərf edirəm. Bu il 154 abituriyent üçün ixtisas seçimində köməklik göstərmişəm. Qürurla deyirəm ki, onlardan bir  abituriyent belə universitetdən kənarda qalmadı. Son ümid bilib mənə müraciət edən abituriyentlərə və valideynlərinə qəbul sevinci yaşatmaqdan mənim üçün daha ali hiss yoxdur. İxtisas seçiminin nəticələri açıqlandıqdan sonra az bal toplayan abituriyentlərin qəbulolma xəbərini valideynlərinə çatdıranda keçirdiyim hissləri təsvir etmək mümkünsüzdür. 155 bal toplayan abituriyent vardı ki, bir neçə mütəxəssisdən “qəbul ola bilməyəcəksən” cümləsini eşidib son çarə olaraq mənə müraciət etmişdi və risk edərək onun üçün ixtisas seçimi etdim. Həmin abituriyent kodlaşdırma zamanı qeyd etdiyim ilk ixtisasa qəbul oldu. Xoşbəxt insanam ki, yüzlərlə ailəyə bu cür sevinc yaşatmışam. Bütün kritik bal toplayan abituriyentlərin ixtisas seçimi üçün müraciətini qəbul etmişəm”.

“Qeyd olunurdu ki, 210-dan aşağı bal toplayan abituriyentlər qəbul ola bilməyəcək”

Sevinc Purkeştasib I ixtisas qrupunda olan rəqabəti xüsusilə vurğuladı:

 

“Uzun illərdən sonra məhz bu il I ixtisas qrupunda kəskin rəqabət oldu. I qrupda ballar qalxdı, III ixtisas qrupunda isə nisbətən aşağı oldu. Təbii ki, bu DİM-in həll etdiyi məsələ deyil, digər vacib detallardan asılıdır. I ixtisas qrupu üzrə nəticə əldə edən abituriyentlərin valideynləri çox narahatlıq keçirdilər. Qeyd olunurdu ki, 210-dan aşağı bal toplayan abituriyentlər qəbul ola bilməyəcək. Məsələn 270 bal toplayan abituriyent I ixtisas üzrə ixtisas seçiminin nəticəsinə əsasən kənarda qaldı, lakin mən 172,6 bal toplayan abiturient üçün kodlaşdırma etdim və nəticə uğurlu oldu. Buradan belə nəticə hasil olur ki, seçim zamanı çox diqqətli olunmalıdır.

Bal toplamaq bilik göstəricisi deyil. Bunu uzun illər ərzində formalaşan pedaqoji təcrübəmə əsasən deyirəm. 1994-cü ildən bəri pedaqoji sahədə çalışıram. Son 15 ildir ki, abituriyentlərlə işləyirəm. Az bal toplamaq hər zaman savadsızlıqdan deyil, digər nüanslardan da asılı olur.

Kolleclərə ixtisas seçimində də şagirdlərə dəstək oluram...

“İndi isə kolleclərə ixtisas seçimi aparıldı. Sentyabrın 7-si 23:59-dək davam etdi. Bu seçimdə də şagirdlərə kömək edirəm və nəticəsini də sizinlə bölüşəcəm. Növbəti tədris ilinin sonunda keçiriləcək ixtisas seçimi ilə bağlı bir neçə yeniliklərim olacaq ki, bunu da paylaşacam”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları