Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 13:14:00
“Müəllimlər sertifikasiyaya BU vəsaitdən hazırlaşmalıdırlar” – Direktor AÇIQLADI

 

“Təhsil İnstitutu hansısa bir vəsaiti göstəriş kimi bildirə bilməz. Lakin bizim institut olaraq verdiyimiz çərçivə sənədi var. Bu sənəddə hər fənn üzrə hansı tipli suallar,hansı mövzudan neçə sual düşəcəyini yayımlamışıq”.

 

AzEdu.az xəbər verir ki, bunu “Təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

 

O, müəllimlərə çərçivə sənədinə diqqət etmənin vacibliyini də vurğulayıb:

 

“Həmçinin veb səhifəmizdə də yenilikləri yerləşdiririk. Mütləq çərçivə sənədinə diqqət edilməlidir. Proses boyu müəllimlərin yanında olacağıq. Ötənilki MİQ müsabiqəsinə düşən suallardan Təhsil İnstitutunun veb səhifəsində yerləşdirilib”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları