Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 12:01:00
“Universitetlərdə ənənəvi tədrisin bərpası ciddi problemlərə səbəb olacaq-Təhsil eksperti

  

“Fikrimcə bu ilin sonuna kimi onlayn  olaraq davam etməli,peyvendlənmə tam olaraq yerinə yetiriləndən sonra dərslərə ənənəvi formada davam etməli idik”

 

AzEdu.az  xəbər verir  ki, bunu  təhsil  eksperti  Adil Vəliyev  təhsil  müəssisələrində  ənənəvi  tədrisin  bərpası  haqqında  qərarla  bağlı  deyib.

 

Ekspert  ali təhsillə bağlı  bu qərarın  nəticəsi  olaraq  yarana  biləcək  problemlərə diqqət  çəkib:

 

“Düşünürəm ki, universitet yataqxanaları da fəaliyyət göstərməyəcək, kirayə evlərin qiyməti qalxacaq. Universitet yataqxanaları tələbələrin istifadəsinə verilməyəcəyi üçün,2 otaqlı evdə 4-5 tələbə yaşamaq  məcburiyyətində olacaq.

 

Müxtəlif universitetlərdə təhsil alan, ancaq bir evdə qalan tələbələrin biri xəstəliyə tutulsa,eyni anda bir neçə universitetdə yayılma olacaq və bir neçə ailədə yoluxma olacaq”.

 

Ekspert-“Normal günlərdə Bakı əhalisinin sıxlığına tab gətirməyən ictimai nəqliyyat yenə xəstəliyin yayılma mənbəyi kimi fəaliyyət göstərəcək”-deyə  bildirib.