Azedu.az

Avqustun 6-da növbəti qabiliyyət imtahanları təşkil ediləcək

5 Avqust 2021, 16:23
Avqustun 6-da növbəti qabiliyyət imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, avqustun 6-da teatr-kino xoreoqrafiya (11 illik ), təsviri sənət (ali təhsil) və bədən tərbiyəsi (9 illik) istiqamətləri üzrə qabiliyyət imtahanları təşkil ediləcək.

 

Abituriyentlər qabiliyyət imtahanlarının tarixi ilə imtahana buraxılış vərəqəsində tanış olmalıdırlar.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox