Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-12 16:55:00
Dərs hazırlayan zaman çox faydalı olacaq musiqilər - Mütləq tətbiq EDİN  

 

Bəzi şagirdlər musiqi dinləyərək dərs hazırladıqlarını desələr də, bəziləri bunun tam əksinə, musiqinin diqqətlərini dağıtdığını bildirilər.

 

Bu mövzudakı araşdırmalar da ziddiyyətlidir.  Bəzi tədqiqatlar dərs öyrənərkən nəinki musiqidən, əlavə bütün səslərdən uzaq səssiz bir məkanın vacibliyini önə çəkir.   Digərlərində isə, musiqinin insanda müsbət emosiyalar yaratdığını və yüksək aura ilə daha yaxşı dərs hazırlamaq olduğu bildirilir.  

 

Mövzu ilə bağlı yekun qərar olmadığından bu məsələnin şəxsin fərdi xüsusiyyətlərinə görə dəyişdiyini deyə bilərik. Lakin, ümumi fikir olaraq, onu deyə bilərik ki, dərs oxuyarkən faydalanacağınız musiqilər sözsüz melodiyalardan ibarət olmalıdır.

 

AzEdu.az dərs hazırlığı zamanı  dinləyə biləcəyiniz 7  faydalı musiqi siyahısını təqdim edir:

 

“İntense Studying”

 

Bax, Motsart kimi klassiklərin möhtəşəm əsərlərindən ibarət bu siyahı sizə zehninizi işlək   saxlamaqda, diqqətinizi cəmləməkdə çox  kömək edəcək.

 

Bəzi klassik əsərlər insana yuxu və izafi rahatlıq gətirir.  Bu siyahıdakı musiqilər sizi ayıq, daim formada saxlayaraq, diqqətinizi daha yaxşı  yönləndirəcək tempdə əsərlərdən ibarətdir.

 

 

“Superior Study Playlist”

 

Müasir çalğı alətlərilə ifa edilən musiqilərin müşayiəti ilə dərs hazırlamaq istəyirsinizsə bu siyahı da köməyinizə çatacaq. “Amelie”, “Harry Potter” və s. kimi filmlərin musiqiləri, eyni zamanda, Explosions in the Sky, Max Rishter və kimi sənətçilərin əsərlərindən ibarət siyahıda 900-dən çox əsər var.

 

“Workday Lounge”

 

 ST*RMAN və Azul Grande kimi sənətçilərin sakit ruhlu ifaları sizi yüksək ritmli  həyat tərzindən ayırıb kitablarınızı daha sakit, xoş əhvalla oxumağınıza yardımçı olacaq.

 

“Acoutic Concentration “

 

Akustik gitaranı sevirsinizsə, bu siyahı şövqünüzü oxşayacaq. Mişel Heqes, Antoni Dufur, Tommi Emmanuel, Pfil Keqi  və s gitaristin ifaları ilə dərsdən zövq alacaqsınız.

 

 

“NO LYRİCS!”

 

Əsasən, 1990-cı illərin musiqi qruplarının ifalarının  cəmləndiyi bu siyahıda, Castin Temberlenkin “Cry Me a River” musiqisinin viola versiyası, Adelenin “Rolling in the Deep” musiqisinin piano və viola versiyaları, Nirvananın və digər dünya şöhrətli ulduzların musiqiləri var.

 

“Study Mix”

 

İnstrumental musiqi ilə məşğul olan qrupların ifasından ibarət siyahıda müasir mahnıların sözsüz, melodiyadan ibarət versiyaları var. Sözsüz olduğu üçün bu siyahı dərs hazırlayarkən  diqqətinizi dağıtmayacaq.

 

“EDM Study No Lyrics”

 

Elektronik rəqs musiqisi ilə dərs oxumaq elə də ağlabatan səslənməsə də bəzi şagirdlər üçün əksinə, əsl motivasia  mənbəyidir. 

 

 

Mənbə: https://www.thoughtco.com/spotify-stations-for-focused-studying-3211490