Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-26 17:58:00
Professor: “Əhalinin bu qrupunda immunitet daha pis işləyir”

Koronavirus peyvəndi üçün maksimum yaş həddi 80-85-dir. Bu fikri Corc Mason Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova söyləyib.

 

AzEdu.az  xəbər verir ki, ekspert 65-80 yaş qrupunun peyvənd olunmasının vacibliyini qeyd edib. Eyni zamanda Baranova peyvəndin 85 yaşdan yuxarı insanlar üçün mənasız olacağını hesab edir. Onun sözlərinə görə, bu, yaşlı insanlarda artan risklə deyil, məqsədəuyğunluqla əlaqələndirilir, çünki əhalinin bu qrupunda immunitet daha pis işləyir:

 

“80-85 yaş qrupuna peyvənd vurulub-vurulmayacağına həkim qərar verməlidir. Seçim sağlamlığın ilkin vəziyyətinə əsaslanmalıdır”.(Publika)