Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-11 16:26:00
Sertifikatlaşdırmanın müəmmalı zamanı, təyinat və ixtisarlar – Həftənin təhsil icmalı

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

 

Yola saldığımız həftədə 4-10 yanvar tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

Emin Əmrullayev Təhsil İnstitutuna yeni direktor təyin edib:

 

 

Təhsil nazirinin əmri ilə Rüfət Əzizov Təhsil İnstitutuna direktor təyin edilib.

 

 

8 yanvardan şagird yerdəyişməsi müvəqqəti dayandırılıb: 

 

 

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

 

MİQ-in onlayn müsahibə mərhələsinin nəticələri açıqlanıb:

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

 

14-24 dekabr tarixlərində keçirilən müsahibələrdə ümumilikdə 2197 nəfər iştirak edib. Onlardan 2061 namizəd uğur qazanaraq müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı əldə edib.

 

 

Bu qədər müəllim onlayn müsahibədə uğur qazana bilməyib:

 

 

Müsahibəyə 2209 namizəd dəvət olunub. Onlardan 2197 nəfəri onlayn müsahibədə iştirak edib. 

 

 

2061 nəfər isə uğur qazanaraq müəllim fəaliyyətini davam etdirmək hüququ qazanıb.

 

 

Müəllimlərin sertifikatlaşdırılması bu tarixdə keçiriləcək:

 

 

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov prosesin nə zaman icra olunacağı ilə bağlı ictimaiyyəti bilgiləndirib:

 

 

“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı tarix və cədvəl müəyyən olunmayıb. Və bu barədə hər hansı məlumat olarsa bunu ilk olaraq Təhsil Nazirliyinin resursları paylaşacaq”.

 

 

Onlayn müsahibədən keçə bilməyən müəllimlərin son iş tarixi:

 

 

Belə ki, müsahibədən keçə bilməyən şəxslər tədris ilinin sonunadək fəaliyyətlərini davam edə biləcəklər.

 

 

Təhsil Nazirliyi vətəndaşların qəbulunu yanvarın 31-dək dayandırılır:

 

 

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır.

 

 

15 900 tələbənin təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilib:

 

 

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib.

 

 

Macarıstanla təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb:

 

 

Yeni Memorandum çərçivəsində Azərbaycan vətəndaşları Macarıstanda kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi, təbiət elmləri və davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri ixtisas istiqamətləri ilə yanaşı tibb elmləri və beynəlxalq münasibətlər sahələri üzrə də təqaüdlü təhsil ala biləcəklər.

 

 

AMEA-da birinci  vitse-prezident vəzifələri ləğv edildi:

 

 

AMEA Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub. Akademik Dilqəm Tağıyev AMEA-nın birinci vitse-prezidenti, akademiklər - İsa Həbibbəyli və İbrahim Quliyev isə AMEA-nın vitse-prezidentləri seçiliblər. Eyni zamanda akademik Vaqif Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları