https://www.zirve.edu.az/
28.11.2020 13:36
Aprel döyüşçüsünün məktəb direktoru olan xanımından səfirə təşəkkür –FOTOLAR

 

Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova rəhbəri olduğu məktəbin müəllim kollektivi adından Böyük Britaniya səfirinə təşəkkürünü çatdırıb.

 

AzEdu.a xəbər verir ki, səfir  “English Club”lar arasında rəsm müsabiqəsində fərqlənə şagirdəri evinə qonaq dəvət edib və hədiyyələri şəxsən özü onlara təqdim edib.

 

N.Axundova bu jestinə görə saytımız vasitəsilə səfirə təşəkkürünü çatdırıb:

 

Böyük Britaniyanın səfiri cənab  Ceyms Şarp bizi evinə qonaq dəvət etdi.

Böyük Britaniya səfirliyinin təşkil etdiyi “English Club”lar arasında rəsm müsabiqəsində müəllimlərimiz Aytən Cəfərovanın, Pərvanə Aslanovanın yetirmələri olan  şagirdlərimiz Bəxtiyarov Rəşad (5b) və  Əlixanov Əli (8e)  iştirak edərək ən uğurlu yerə layiq görülmüşlər.

 

Hədiyyələri şəxsən özü uşaqlara təqdim etmək üçün cənab səfir bizi - N.Nərimanov adına 45 nömrəli tam orta məktəbi  bütün heyətlə: Direktor-müəllim-şagird heyəti ilə böyük hörmət və rəğbətlə evinə qonaq etdi.

 

 Eyni zamanda Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağın alınması münasibəti ilə hamımızı  təbrik edib,  Qarabağ haqqında bizimlə uzun-uzadı söhbət etdi.