Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-21 13:34:00
“Onlayn dərslərdə öyrənə bilmirik” – Şagirdlər məktəbə geri qayıtmaq istəyirlər

Koronavirusa görə artıq uzun müddətdir ki, dünyanın bir çox yerində tədris müəssisələrində distant təhsilə keçid edilib.

 

Bəs maraqlıdır, görəsən, şagirdlər, müəllimlər və valideynlər gələcəkdə də təhsilin bu şəkildə davam etməsini istəyirlərmi?

 

Türkiyənin məşhur Bahçeşehir Universiteti bu məqsədlə 4 min 435 ibtidai, 9 min 536 yuxarı sinif, 5 min 661 müəllim və 25 min 395 valideyn arasında araşdırma aparıb və onların onlayn təhsil ilə bağlı fikirlərini öyrənib.

 

AzEdu.az həmin araşdırmanın nəticələrini təqdim edir:

 

İbtidai sinifdə oxuyan şagirdlər məktəblərinə geri qayıtmaq istəyirlər:

 

İbtidai sinif şagirdlərinin 75%-i üzbəüz təhsilə ehtiyac duyurlar;

 

65%-ni isə uzaqdan təhsil qane edir;

 

Şagirdlərin yüzdə 80-i bildirib ki, distant təhsil zamanı verilən tapşırıqlar vaxtında yerinə yetirilir, ancaq yüzdə 75-inin fikrincə isə çalışmaları məktəbdə daha sürətliasanlıqla həll edə bilirdilər.

 

Yuxarı siniflərdə oxuyan uşaqlar isə onlayn təhsilə davam edə bilərlər:

 

Yuxarı sinif şagirdlərinin yüzdə 53-ü uzaqdan təhsil ilə dərslərinə davam etmək istəyir, ancaq yüzdə 22-si isə bu məsələ ilə bağlı qərarsızdır;

 

51%-i onlayn təhsil zamanı motivasiya olmaq baxımından çətinlik çəkirlər;

 

Şagirdlərin yüzdə 62-si isə distant təhsilin ənənəvi təhsil qədər təsirli olmadığını deyir.

 

Müəllimlərə görə ikisini bir arada etmək lazımdır:

 

Müəllimlərin yüzdə səksəni daha əvvəllər onlayn təhsil təcrübələrinin olmadığını söyləyir;

 

Yüzdə 81-i uzaqdan təhsil ilə üz-üzə öyrənməyin birlikdə daha faydalı olacağına inanır;

 

Müəllimlərin yüzdə 38-i isə gələcəkdə onlayn təhsilə ənənəvi təhsillə müqayisədə daha çox müraciət ediləcəyini düşünür.

 

Valideynlər ənənəvi təhsilin tərəfdarıdırlar:

 

Valideynlərin yüzdə 83-ü fikirləşir ki, məktəblərdə dərs keçmək mümkün olmadıqda onlayn təhsilə dəstək məqsədilə müraciət etmək olar;

 

Yüzdə 76-sı isə qəti şəkildə ənənəvi təhsili dəstəkləyir;

 

Valideynlərin yüzdə 44-ü uşaqlarının uzaqdan təhsilə öyrəşdiyini deyir, yüzdə 30-u bu mövzuda qərarsızdır;

 

Yüzdə 49-u isə distant təhsil zamanı uğur qazanmağın müəllimlərdən asılı olduğunu düşünür.