Azedu.az

Qəbul və buraxılış imtahanlarında bu mövzulardan suallar SALINMAYACAQ-RƏSMİ

29 Mart 2020, 14:27
Qəbul və buraxılış imtahanlarında bu mövzulardan suallar SALINMAYACAQ-RƏSMİ

 

"Təhsil Nazirliyindən alacağımız məlumata əsasən, hansı mövzular tədris olunmayacaqsa, həmin mövzulardan imtahan sualları tərtib olunmayacaq. Əvvəlki illərin məzunlarına gəldikdə isə, nəzərinizə çatdırırıq ki, imtahanda həm əvvəlki, həm də cari ilin məzunlarının bilikləri vahid alətlə və eyni meyarlara əsasən, qiymətləndirilir".

Buradan da belə nəticəyə gəlmək olar ki, istər cari, istərsə də əvvəlki illərin məzunlarına suallar eyni olacaq. Yəni arada fərqlilik olmayacaq.”

AzEdu.az xəbər verir ki, bu fikirlər DİM-in facebook hesabında qeyd olunub.

 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox