Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-27 15:59:00
Dərs Evi əməkdaşı inklyuziv təhsil sahəsində iş üzrə hazırlıq proqramında iştirak edib

Dərs Evi əməkdaşı bir neçə ay ərzində inklyuziv təhsil sahəsində iş üzrə hazırlıq proqramında iştirak edib.   

AzEdu.az xəbər verir ki, Dərs Evində Biznesin İnkişafı şöbəsinin rəhbəri Cavid Axundov dekabr ayında Finlandiyanın Kuusama şəhərində Erasmus+ Avropa Komissiyasının təhsil layihəsi çərçivəsində treninq keçmişdir. Beynəlxalq treninqin mövzusu məşğələ və təlimlərin açıq havada hazırlanması olmuşdur.  Bu cür treninqlərin məqsədi və keçirilməsində zərurət inkişaf xüsusiyyətləri olan uşaqlara və gənclərə qeyri-formal təhsil verilməsi, onların böyük motor bacarıqlarının, komanda oyunu vərdişlərinin, özgüvən və müstəqilliklərinin inkişaf etdirilməsidir.  

Həftə ərzində Azərbaycandan olan nümayəndələr Avstriya, Türkiyə, Ukrayna, Rusiya, Ermənistan, İspaniya, İtaliya, Fransa və Finlandiyadan olan işirakçılarla birgə inkişaf xüsusiyyətləri olan uşaqlarla iş üsullarını öyrənmişlər.

Finlandiya təhsil sistemi dünyada ən uğurlu sistemlərdən biridir və Dərs Evi təhsil sahəsindəki ən son işləri öyrənməyə və mənimsəməyə çalışır.