Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 09:47:00
Bölgə müəllimindən istedadlı şagirdləri üzə çıxaracaq maraqlı layihə -FOTOLAR

“Layihənin ən üstün cəhətlərindən biri də istedadlı şagirdlərin üzə çıxarılmasıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Şirvan şəhər 3 saylı tam orta məktəbin fizika müəllimi, təhsil meneceri Vasif  Zeynalov deyib.

“Gələcəyin fizikləri layihəsi”  haqqında danışan Vasif müəllim layihə çərçivəsində görülən işlərdən və gələcək perspektivlərdən söz açıb:

“Təhsildə  inkişaf   və innovasiyalar  üzrə III qrant müsabiqəsinin qalibi olan “Gələcəyin fizikləri layihəsi” Şirvan şəhərində təhsil alan  9–cu sinif  şagirdlərininə şamil edilir.  

Layihəmizə başlayarkən 200 şagird arasında 30 suallıq imtahan keçirib,  ən yaxşı  25 nəfəri müəyyən etdik.  Məqsədimiz seçilmiş  şagirdlərə həftədə 3 gün olmaqla fizika fənnini daha dərindən mənimsətmək və onların  Respublika  Fənn Olimpiadalarında iştirakını təmin etməkdir.  Şagirdlərin bilik və bacarıqlarını mütəmadi izləmək üçün hər ay bir dəfə olmaqla ( ümumi 4 dəfə) sınaq imtahanı təşkil olunur və nəticələr müzakirə edilir. Layihəmizin müddəti 4 aydır.  İştirak edən şagirdlərə sadəcə nəzəri deyil, həm də praktiki biliklər verilir. Bu məqsədlə, layihə müddətində şagirdləri Şamaxı Astrofizika Rəsədxanasına ekskursiyası təşkil olundu. Yaxın günlərdə bu şagirdlərin  Hədəf  STEM  liseyinin fizika laboratoriyasına  ekskursiyası da təşkil olunacaq. Layihənin ən üstün cəhətlərindən biri də istedadlı şagirdlərin üzə çıxarılmasıdır”.