Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-30 10:46:09
Əmək qabiliyyətini itirən müəllimlərə nə kimi güzəştlər olunmalıdır? - Məcəllədən çıxarış  

AzEdu.az əmək münasibətləri, əmək qanunvericiliyi ilə bağlı müəllim və direktorları maarifləndirəcək yazılar yayımlamaqda davam edir.

Müəllimləri maraqlandıran məqamlardan biri də əmək qabiliyyətini, sağlamlığını itirən kadrın işdən çıxarılıb-çıxarılmaması ilə bağlıdır. Bu kimi məlumatlar direktorların işə qəbul müsabiqəsində direktor olmaq istəyən namizədlər üçün də faydalıdır.

Xatırladaq ki, bu kimi məsələlər Əmək Məcəlləsi ilə müəyyən edilir. Məcəlləyə əsasən, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi ilə müəyyən edilir.

Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının qərarı ilə işçiyə müvafiq dərəcədən əlillik qrupu və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir.

Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş müəllimlərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.

Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş müəllimlər üçün isə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları