Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-13 14:52:00
Aakkreditasiya ilə bağlı yeni təkliflər paketi hazırlanır - Komitə sədrindən AÇIQLAMA

Azərbaycanda təhsil xidmətlərini həyata keçirən fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsi təklif edilib.

AzEdu.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva komitənin bu gün keçirilən iclasında çıxış edib.

O, təhsil xidməti ilə məşğul olan fiziki şəxslər üçün akkreditasiya qaydalarının müəyyən edilməsini vacib sayıb:

“Çox istərdim ki, Təhsil Nazirliyi təkcə  təhsil fəaliyyətini həyata keçirən müəssisələrin akkreditasiya qaydalarını deyil, həm də fiziki şəxslərin- təhsil xidmətlərini həyata keçirilən şəxslərlə bağlı akkreditasiya qaydalarını, şərtlərini müəyyən etsin. Çünki yerlərdə, xüsusilə regionlarda çoxlu məktəbəqədər təhsil, hazırlıq kursları və ona oxşar digər fəaliyyət növləri ilə məşğul olanlar var.

Onların hamısı fiziki şəxs olaraq vergi qeydiyatından keçirlər. Amma onların lisenziya almaq və akkreditasiyadan keçmək qaydaları müəyyən edilməyib. Təhsil ölkənin milli təhlükəsizliyini təmin edən vacib məsələdir. Bu baxımdan bu məsələnin də qanunvericilikdə nəzərə alınmasını istərdim”.

Komitənin sədri İsa Həbibbəyli isə  qeyd edib ki, ən yaxın zamanlarda akkreditasiya ilə bağlı yeni təkliflər paketi müzakirə üçün təqdim ediləcək. O, hazırda bu istiqamətdə işlərin aparıldığını da qeyd edib.