Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 09:06:00
Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb

Azərbaycan alimlərinin məqaləsi 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat proqramları çərçivəsində “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Optimization Theory and Applications” (https://www.springer.com/mathematics/journal/10957) 1.234 impakt faktorlu jurnalda dərc edilib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, məqalənin müəllifləri elmi işlər üzrə direktor müavini, akademiyanın müxbir üzvü Vaqif Quliyev, əməkdaşı, professor Rövşən Bəndəliyev və İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları - professor İlqar Məmmədov, dosent Yasin Rüstəmovdur.

“Dəyişən dərəcəli Sobolev fəzalarında Bianki tənliyi üçün optimal idarəetmə məsələsi” (https://link.springer.com/article/10.1007/s10957-018-1290-9) sərlövhəli məqalədə əmsalları dəyişən dərəcəli Lebeq fəzasından olan üçüncü tərtib Bianki tənliyi ilə təsvir olunmuş paylanmış parametrli optimal idarəetmə məsələsi üçün Pontryaqin maksimum prinsipi isbat edilib.