Azedu.az

Özünə xəsarət yetirən şagirdin vəziyyəti açıqlanıb -YENİLƏNİB

Hadisə

24 Aprel 2026, 11:05
Özünə xəsarət yetirən şagirdin vəziyyəti açıqlanıb -YENİLƏNİB

Aprelin 23-də 145 nömrəli tam orta məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sanitar qovşaqda özünə xəsarət yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib. 

Bu barədə AzEdu.az-a həmin məktəbdən məlumat verilib.

Bildirilib ki, şagirdə dərhal ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidmətinə və valideynə məlumat verilib.Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir. 

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri və məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

10:57

Bakıda şagird məktəbdə özünə xəsarət yetirib.

AzEdu.az xəbər verir ki, hadisə aprelin 23-ü 145 nömrəli tam orta məktəbdə baş verib.

VII sinif şagirdi olan qız təhsil müəssisəsinin sanitar qovşağında özünə kəsici alətlə xəsarətlər yetirib. Sinif yoldaşları bununla bağlı müəllimə və məktəb rəhbərliyinə məlumat verib.

Qeyd olunur ki, yeniyetmə sinif yoldaşlarının onu videoya çəkib paylaşacaqları ilə bağlı təhdidlərdən sonra bu addımı atıb.

Ermənistanda ARA QARIŞDI - Türkiyə bayrağı yandırıldı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox