Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-23 17:09:00
Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla  

Məktəbdaxili qiymətləndirmə qaydalarına edilən dəyişiklərdən sonra  kiçik və böyük summativ ballarının necə hesablanması, jurnala hansı formada qeyd edilməsi ən çox müzakirə edilən mövzulardandır. Müəllimləri çaşdıran əsas məqam isə yeni qaydaların açıqlandığı gündən - yanvarın 3-dən əvvəl keçirilmiş KSQ-lərin necə hesablanmasıdır.

AzEdu.az bütün müəllimlərin yararlana biləcəyi bu qaydaları sadə dildə izah edir:

Öncə bəlli siniflərdə böyük summativqiymətləndirmə keçirilməyən fənlərdəki hesablamaqaydasına nəzər salaq:

Aydındır ki, II və III siniflərdə heç bir fəndən, V, VI, VII, VIII, X siniflərdə isə buraxılış imtahanı fənləri-Azərbaycan dili, Riyaziyyat, İngilis dilini çıxmaqla qalan fənlərdən BSQ keçirilmir.

Bu halda hesablama aşağıdakı ardıcıllıqla aparılır:

1.Öncə indiyədək aparılanKSQ-ləri bu şkalaya əsasən bala çevirin;

“2” - 40 bal;

“3” – 60 bal;

“4” – 80 bal;

“5” – 100 bal.

  1. Yanvarın 3-dən 26-na qədər keçirilmiş KSQ-lərin yeni təlimata görə ballarını hesablayın;
  2. Daha sonra bütün KSQ ballarının ədədi ortasını hesablayın;
  3. Aldığınız orta balı aşağıdakı şkala üzrə qiymətə çevirin;

0-30 bal-(30 daxil) – “2”

30-60 bal (30 bal daxil deyil, 60 bal isə daxildir) – “3”

60-80 (60 bal daxil deyil, 80 isə daxildir) – “4”

80-100 (80 bal daxil deyil, 100 isə daxildir) – “5”

  1. Jurnala həm balı, həm də qiyməti yazın.

Göstərdiyimiz izaha uyğun nümunəyə baxaq:

Tutaq ki, aşağıdakı tarixlərdə KSQ keçirilib:

20 oktyabr KSQ1- “2”

8 dekabr KSQ2 –“3”

19 yanvar KSQ3 (55 – “3”)

Yarım ilin hesablanması üçün I bəndə uyğun olaraq əvvəlki KSQ-ləri bala çevirək:

KSQ1 - “2”= 40 bal

KSQ2 – “3” = 60 bal

III bəndə uyğun olaraq bütün KSQ ballarının ədədi ortasını hesablayaq:

40+60+55=155

155:3=51,6 bal, yəni “3”

İndi isə BSQ keçirilən fənlərdə hesablama qaydasına nəzər salaq

Xatırladaq ki, BSQ IV, IX, XI siniflərdə bütün fənlər; V,VI, VII, VIII, X siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dilindən keçirilir.

Hesablama aşağıdakı qaydada aparılır:

1.İndiyə qədər keçirilən bütün KSQ-ləri bala çevirin;

“2” - 40 bal;

“3” – 60 bal;

“4” – 80 bal;

“5” – 100 bal.

2.Yanvarın 3-dən 26-dək keçirilmiş KSQ-lərin ballarını yeni təlimata uyğun hesablayın;

3.Bütün KSQ balların ədədi ortasını çıxarın və 0.4-ə vurun;

4.BSQ-dən şagirdin aldığı balı 0.6-a vurun;

  1. III və IV bənddən aldığınız balları toplayın və aşağıdakı qiymət şkalasına görə çevirin:

0-30 bal-(30 daxil) – “2”

30-60 bal (30 bal daxil deyil, 60 bal isə daxildir) – “3”

60-80 (60 bal daxil deyil, 80 isə daxildir) – “4”

80-100 (80 bal daxil deyil, 100 isə daxildir) – “5”

6.Jurnala həm balı, həm də qiyməti qeyd edin.

Göstərilən qaydanı nümunələrlə izah edək:

Tutaq ki, aşağıdakı KSQ və BSQ-lərkeçirilib:

24 oktyabr KSQ1 – “3”

23 noyabr KSQ2 – “4”

11 yanvar KSQ 3 (65 bal –“4”)

25 yanvar BSQ1 (70 bal – “4”)

Öncə, ilk bəndə uyğun olaraq, əvvəlki KSQ-ləri bala çevirək:

24 oktyabr KSQ1 – “3”= 60 bal

23 noyabr KSQ2 – “4”= 80 bal

III bəndə uyğun olaraq bütün KSQ ballarının ədədi ortasını tapaq və 0,4-ə vuraq:

60+80+65=205

205:3=68,3 bal

68,3 x 0,4 =27,3 bal

Daha sonra IV bəndə əsasən, BSQ-dən topladığımız balı 0,6-a vuraq:

70x0,6=42 bal

V bəndi nəzərə alıb hər iki balı toplayıb qiymətə çevirək:

27,3 + 42 =69,3 bal

Beləlikləyarımil balı 69.3, qiyməti isə “4” alınır.

Jurnala həm bal, həm də qiymət yazılır.KSQ və BSQ, həmçinin yarımillik və illik nəticələr sinif  jurnalında iki  sütunda yazılır - soldan birinci sütunda ballar,(məsələn, 25, 72, 37) ikinci sütunda isə ona uyğun qiymətlər yazılır.(məsələn, 2, 4, 3).

Bal və qiymətin jurnalda yazılması ilə bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları