XƏBƏRLƏR

14.09.2019 11:35
Dövlət Pedaqoji Universiteti tələbə qəbulunda uğurlu nəticələr əldə edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) 2019-2020-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 tələbə qəbul edilib. AzEdu.az bildirir ki,  ADPU-da 1442 tələbə dövlət sifarişi, 856 tələbə isə ödənişli əsaslarla oxuyur.

Həmçinin yeni tədris ilində ADPU-nun filiallarına 833 tələbə daxil olub. Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə 7 ixtisas üzrə 1055 tələbə qəbul edilib. Beləliklə, ADPU-ya filiallar və kolleclə birlikdə 4186 nəfər tələbə qəbul edilib. (AZƏRTAC)

İlin gənc müəllimi-Müraciət formu