Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 16:37:10
“Bu, növbəti tədris ili üçün böyük əhəmiyyət kəsb edəcək” - BŞTİ müdiri Rəşad Tağıyev  

Bu ildən konfransların formatında dəyişiklik olunaraq  zonalar üzrə keçirilməyə başlanılıb.

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev söyləyib.

O, qeyd edib ki, ənənəvi Sentyabr konfransları bütün  tədris illəri ərzində keçirilir.

“Bu gün Bakı şəhərində ümumrespublika təhsil işçilərinin konfransı öz işinə start verib. Bu ildən cənab nazirin imzaladığı müvafiq əmrə əsasən, konfransların formatında dəyişiklik olunaraq  zonalar üzrə keçirilməyə başlanılıb. Əvvəllər isə konfranslar rayonlar üzrə təşkil olunurdu.

Konfrans əsnasında  nazirin 30 avqustda imzaladığı 2019-2020-ci tədris ilinin prioritetləri ilə bağlı müvafiq istiqamətlər  təhsil işçilərinə ünvanlanıb. Eyni zamanda təhsil sahəsində aparılan məzmun və  qanunvericiliklə bağlı islahatlar təhsil işçilərinə çatdırılıb. Həmçinin, ali məktəblərə qəbul olunan şagirdlər və gənc müəllimlər çıxış ediblər.

Hesab edirəm ki, bu konfrans qarşıdan gələn tədris ili üçün böyük əhəmiyyət kəsb edəcək.

Düşünürəm ki, bütün təhsil işçiləri müvafiq əmrdə qeyd olunan və eyni zamanda bu gün cənab nazir tərəfindən verilən istiqamətləri öz işlərində əsas  götürəcək və yeni tədris ilini uğurla başa vurmağa çalışacaqlar”.

Qeyd edək ki, "Bilgəh Beach" oteldə keçirilən tədbirdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, ali məktəblərin rektorları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları