Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-11 08:55:00
Ən yüksək nəticə göstərən məzunlardan bu qədəri müəllimliyi seçib –  Ceyhun Bayramov  

“500 baldan 695 bala qədər  2090 nəfər  ixtisas seçimində birinci müəllimliyi qeyd edib”

AzEdu.az xəbər verir ki, bunu nazir İctimai Televiziyanın “Pressinq” layihəsində jurnalistlərin suallarına cavab verən zaman söyləyib.

Nazir  sualları cavablayarkən qeyd edib ki, 2018-ci ilin qəbul nəticəsinə uyğun olaraq, 500 baldan 695 bala qədər  2090 nəfər  ixtisas seçimində birinci müəllimliyi qeyd edib.Azərbaycanın müstəqillik əldə etdikdən sonra belə bir göstərici qeydə alınmayıb.

“Mərkəzləşmiş işə qəbul imtahanında son 3 ildə 300 faizdən çox artım olub. 51 min nəfər  elektron qeydiyyatdan keçərək  Müəllimlərin işə qəbul imtahanında iştirak edib. Bu addımlar öz müsbət nəticəsini verib. Qeyd edə bilərik ki,  ölkənin ən savadlı  məktəb məzunları  müəllimlik peşəsinə üstünlük verir.

Müsbət müəllim obrazının formalaşması bir sıra amillərdən aslıdı.Burada dövlətin  və cəmiyyətin  üzərinə düşən funksiyalar  var”

Şükufə Süleymanlı.