Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 10:38:18
İcbari təhsil yaşı 6-dan 3-ə endirilib

Paytaxt Parisdə keçirilən təhsil konfransında çıxış edən Fransa prezidenti Emmanuel Makron yeni təhsil islahatı haqqında məlumat verib. Prezident qeyd edib ki, 2019-cu ildən etibarən, artıq 3 yaşında uşaqların təhsilə cəlb olunması məcburidir. Onun sözlərinə görə,  icbari təhsilin 6-dan yaşdan tez başlanmasına ciddi ehtiyac var.

Emmanuel Makron yeni tənzimləməni "Fransa təhsil sistemində tarixi bir an" kimi təqdim etsə də, bu dəyişiklikdən çox az ailənin yararlanacağı gözlənilir. Çünki, rəsmi rəqəmlərə görə, 3 yaşında olub bağçaya getməyən uşaqlar 24% təşkil edir. Bu fərq kənd yerlərində nisbətən yüksək olduğu üçün tənzimləmə ucqar bölgələrə təsir edə bilər.

Bu qanun layihəsi qəbul edildikdə, Fransa "icbari təhsilə ən az yaşlarda başlayan Avropa ölkəsi" statusunu alacaq.

Qeyd edək ki, hazırda ən az yaşla Şimali İrlandiyada "4 yaşında məcburi təhsil" tətbiq olunur. Cənubi Kipr, İngiltərə, Malta, Şotlandiya və Uelsdə icbari təhsil yaşı 5,  Almaniya, Avstriya, Danimarka, İtaliya, Hollandiya və Türkiyədə 6-dır . Bolqarıstan, Finlandiya, Polşa və İsveçdə isə uşaqlar  icbari təhsilə 7 yaşda cəlb olunurlar.

Nəzrin Cavid