Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 16:26:00
Azərbaycanlı Qlobal Tələbə Mükafatına layiq görüldü

Oksford Universitetinin azərbaycanlı tələbəsi Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının Top 50-lik siyahısına daxil edilib.

 

AzEdu.az xəbər verir ki, finalçılar dünya üzrə 11,000-dən çox nominasiya və ərizə arasından seçilib. Namizədlər 176 ölkədən olub və yekun siyahıya cəmi 30 ölkə çıxıb. Azərbaycan Respublikası Nuranə Məmmədovanın təmsilçiliyi altında bu siyahıda yer alıb.

 

Finalistlər akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir seçim meyarlarına aid idi. O cümlədən, yaradıcı və innovativ yanaşmaları və qlobal vətəndaş kimi necə fəaliyyət göstərmələrinə görə qiymətləndiriliblər.

 

Qlobal Tələbə Mükafatının əvvəlki qaliblərinin mükafatlarını ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Papa Fransisk və sairə kimi şəxslər təqdim ediblər.

 

Nuranə Məmmədova gənclər siyasəti və gənclərlə iş sahəsindəki fəaliyyətləri ilə bütün dünyada minlərlə gəncə təsir göstərməkdədir.

 

Əlavə olaraq qeyd edək ki,bu xəbərlə bağlı paylaşımlar “Oxford Mail”, “The Independent” və s. kimi xarici media portallarında da yer alıb.

 

 
Instagram
Gündəmdən xəbəriniz