Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 17:52:08
Süni intellekt ilə yeni dövrə qapı aç - seminar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyasının (AAILab ) birgə təşkilatçılığı ilə BA proqramının tələbələri üçün “Süni intellekt ilə yeni dövrə qapı aç” mövzusunda seminar təşkil olunub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, seminarda çıxış edən AAILab-ın nümayəndələri və BA proqramlarının əməkdaşları süni intellekt haqqında məlumat veriblər və bu sahədə yaranacaq karyera imkanlarından danışıblar.

 

Seminarda, həmçinin AAILabın nəzdində fəaliyyətə başlayacaq Süni İntellekt Təlim Mərkəzi və təlim proqramı haqqında məlumat verilib.