Azedu.az

UNEC-in əcnəbi doktorantı dissertasiya müdafiəsini uğurla tamamlayıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

7 Dekabr 2023, 17:48
UNEC-in əcnəbi doktorantı dissertasiya müdafiəsini uğurla tamamlayıb

UNEC-də doktorantura dərəcəsi üzrə təhsil alan Efiopiya Federativ Demokratik Respublikasının vətəndaşı Abrehet Mehari Gebreselassienin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müdafiəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, qoşulmama Hərəkatına üzv dövlətlərin əcnəbi vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alması üçün təhsil qrantı çərçivəsində UNEC-in doktorantı olan A.M.Gebreselassienin müdafiə mövzusu “Efiopiyada kiçik və orta müəssisələrin iqtisadi inteqrasiyası: Tiqray regionunda istehsal sektorunun təhlili nümunəsində” olub.

 

"Sahə iqtisadiyyatı" (ingilis dilində) ixtisasında təhsil alan A.M.Gebreselassienin dissertasiya müdafiəsi UNEC-in nəzdində fəaliyyət göstərən Dissertasiya Şurası tərəfindən  müsbət qiymətləndirilib.

 

Şura üzvləri uğurlu müdafiəyə görə A.M. Gebreselassieni təbrik edərək, ona elmi fəaliyyətində uğurlar arzulayıblar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox