Azedu.az

Ukraynada son iki ildə Azərbaycanlı tələbələrin sayı açıqlanıb

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

7 Dekabr 2023, 16:31
Ukraynada son iki ildə Azərbaycanlı tələbələrin sayı açıqlanıb

Ukraynada genişmiqyaslı müharibə başlayandan indiyədək bu ölkədə ali məktəblərə qəbul olunmuş Azərbaycan vətəndaşlarının sayı məlum olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukrayna Elm və Təhsil Nazirliyindən bildirilib. Ötən il və bu il ümumilikdə 1440 Azərbaycan vətəndaşı ölkənin müxtəlif ali məktəblərinə qəbul olunublar.

 

Bunlardan 350 nəfəri ötən ilin, yerdə qalanlar isə bu ilin payına düşür.

 

Onların 60 faizi qiyabi təhsil alırlar.

Türkiyədən Bakıya şok hücum! - Baş prokurorluq hərəkətə keçdi
Son xəbərlərDaha çox