Azedu.az

Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş festival keçirilir

18 Noyabr 2023, 15:23
Çingiz Aytmatovun 95 illiyinə həsr olunmuş festival keçirilir

Noyabrın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq kinofestival işə başlayıb.

 

AzEdu.az xəbər verir ki, noyabrın 21-dək davam edəcək festival iki kateqoriyada keçirilir.

 

Beynəlxalq film müsabiqəsində 10, milli proqramda isə 8 filmin yarışacağı festivalın proqramına kino sənətinə dair maraqlı tədbirlər də daxildir.

 

Festival günlərində “Beynəlxalq layihələr və onların yayılması: dünən, bu gün və sabah”, “Avropa və Asiya arasında birgə məhsul”, “Çin və Mərkəzi Asiya, əməkdaşlıq yolları”, “Festivallar – rejissorlar və tamaşaçılar” kimi mövzularda seminarlar, “Aytmatov və kino” beynəlxalq forumu, Çingiz Aytmatovun əsərləri əsasında çəkilmiş kino layihələrinin təqdimatı nəzərdə tutulur.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox