Azedu.az

Mübariz Mənsimovun atası vəfat etdi

20 İyun 2023, 17:10
Mübariz Mənsimovun atası vəfat etdi
“Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov müalicə aldığı xəstəxanada uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə “Palmali Holding”in mətbuat xidməti məlumat yayıb.

15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb. Qurban Mənsimov 9 uşaq atası idi.

Mərhum vəsiyyətinə əsasən, 21 iyunda, yəni sabah Bakı şəhərində qızı Nüşabənin yanında dəfn ediləcək.

Allah rəhmət eləsin.
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox