Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-26 10:36:15
Müəllim niyə planlaşdırdığı maaşı ala bilmir? - Rektor səbəbi AÇIQLADI

"Faktiki dərs ilinin nəzərdə tutulmuş 40 həftədən az olmasının yaratdığı digər problem universitet potensialını artırmaq məqsədilə kənardan yüksək ixtisaslı saathesablı müəllimlərin cəlbi və onların əməyinin ödənilməsilə bağlıdır".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib:

 

"Belə ki, kənardan cəlb olunan saathesabı müəllimlərlə imzalanan müqavilədə konkret fənn üzrə nəzərdə tutulmuş saatlar əsasında ödəniş etmək öhdəliyi götürülür. Bayram günlərinə düşən dərslər digər günlərdə olan dərslərlə birləşdirilərək tədris olunur. Belə olduğu halda, bayram günlərinə düşən mövzuların hamısı sanki tədris olunur, amma müəllimin tədris etdiyi faktiki dərs saatı müqavilədə göstərildiyindən az olur. Universitet müqavilə öhdəliyini yerinə yetirməmiş olur və müəllim planlaşdırdığı maaşı ala bilmir. Nəticədə, bu amil yüksək ixtisaslı müəllimlərin cəlbinə mənfi təsir göstərir".