Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 18:00:00
Bölgə məktəbində şagirdlər üçün faydalı ünsiyyət və davranış metodları-FOTO

 

 

21 yanvar 2023-cü il tarixdə Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta  məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində qalib olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" layihəsinin təqdimat və təlim prosesləri keçirilib.

 

İlk olaraq layihə haqqında məlumat verən layihə rəhbəri Zamiq Mirzəyev təhsildə yaradılan şəraitə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirdi.

 

Bir 10 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir

 

Ekspert F.Mirzəyeva  layihənin mərhələləri , məqsədi haqqında iştirakçıları məlumatlandırdı. Məktəbin direktoru Elnur Quliyev özü də qrant layihə qalibi olduğunu söyləyərək belə layihələrin xüsusi rolunu qeyd etdi. Qalib olduğu  Steam layihəsinin şagirdlərin inkişafında əhəmiyyətini söylədi.

 

Şagirdlər və təhsil işçiləri üçün yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə öz minnətdarlığını bildirdi.Məktəbin dərs hissə müdiri İlahə müəllimə  öz çıxışında şagirdlərin psixoloji təlimlərə böyük ehtiyacı olduğunu , bu layihə çərçivəsində keçirilən bu təlimlərin  şagirdlərdə özünəinam hissini artıracağını , diqqət yayınıqlığı ,özünəqapanma hallarının aradan qalxacağında köməyinin olacağını vurğuladı.

 Bir 9 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Məktəbin UBTR  Ə.Səbinə müasir dövrdə bu təlimlərə böyük ehtiyac olduğunu vurğuladı.

 

Daha sonra təlimlərə start verildi. Təlimçi Loqos Psixoloji Nitq və İnkişaf Mərkəzinin psixoloqu Fərrux Əliyev şagirdləri təlimin gedişi ilə tanış etdi.

 Bir 8 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Şagirdlərlə tanışlıq , ünsiyyətdən sonra Myunsterberq metodu ilə diqqət tapşırığı yerinə yetirildi."Kim daha diqqətlidir" , "Həyacanımıza necə qalib gələk?" , "Qorxuya qalib gələrik " vəs oyun və məşğələlər şagirdlərin xüsusi marağına səbəb oldu.Sonda şagirdlərin sualları cavablandırıldı.

 Bir şunu diyen bir yazı 'Azarbaycan espublikası Elm va Tahsil Nazirliyinin qrant müsabiqasi çarçivasinda "Psixoloji dastakla tahsila şagird qazan" layihasinin 21.01.2023-cüil tarixda Astara rayon อ. aliyev adına Qapıçımahalla kand ümumi orta maktabinda keçirilacak korreksiya taliminin S/S GÜNDALİYİ Maşğalanina anışlıq,ünsiyyat,adaptasiya Maşğala diqqat "Kim daha diqqatlidir" Maşğala "Hayacanımızan neca qalib gelak?" Günün yekunu va cavablandırılması Saat 12:30 13:00 metodu) 13:00 13:20 3:40 13:40 14:00 14:00- 14:30 Layiha rahbari: z. Mirzayev' görseli olabilir

“Bizə yaradılan şəraitə görə  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi , Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi,  Lənkəran - Astara Regional Təhsil İdarəsi,  Astara Rayon Təhsil Sektoru və Astara rayon Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin direktoru  Quliyev Elnur  müəllimə öz təşəkkürümüzü bildiririk”,-deyə layihə rəhbəri qeyd edib.