https://modern.az/ #
2022-11-30 17:32:00
Tələbə kreditləri üçün müraciətlər qəbul olunur

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir.

 

AzEdu.az xəbər verir ki, təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər. 

 

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur.

 

Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.