Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 10:25:00
Təhsil nazirinin videoqəbulu keçirilib

Noyabrın 26-da təhsil naziri Emin Əmrullayevin Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinləri üçün videoqəbulu keçirilib. Qəbulda həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.