Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 16:12:00
Müəllimlər deputata müraciət etdilər - Dərs saatları düzgün bölüşdürülməyib  

Milli Məclisin deputatı Vahid  Əhmədov karantin qaydalarına riayət edilməklə onlayn formatda seçicilərini qəbul edib.

 

AzEdu.az xəbər verir ki, Quba rayonu və qonşu rayonlardan qəbul üçün müraciət etmiş bütün vətəndaşlar deputat tərəfindən təkbətək dinlənilib, onların  qaldırdıqları problemlər barəsində qərarlar qəbul edilib. Tez-tez gündəmə gələn - iş ilə təmin olunma məsələsi bu dəfəki qəbul zamanı da ən çox qabardılan  məsələlərdən olub. Qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı ikinci Qarabağ müharibəsinin iştirakçılarının və qazilərinin də müraciətləri çoxdur. Müəllimlərin dərs saatlarının düzgün bölüşdürülməməsi, sosial  yardımların təyin olunması zamanı yaranan problemlər, məişət  məsələlərinin  həll  olunmasına  kömək  və  digər  məsələlər qəbul zamanı  müzakirə edilən suallardan olub. Bütün  məsələlər  qeydiyyata  alınıb, bəzi  problemlər  barəsində  operativ  qərarlar  qəbul  edilib.

 

Qazilərin  və  müharibə  iştirakçılarının  qayğılarının  həlli  məsələsi deputat tərəfindən xüsusi  olaraq  rayon  icra  hakimiyyətinin   rəhbərliyinin  diqqətinə  çatdırılıb.