Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 18:00:00
Müəllimlərə ən çox maaş verən ölkələr – Təəccübləndirici siyahı  

AzEdu.az  bu yazıda müəllimləri ən çox maaş aldıqları ölkələrin siyahısını təqdim edir:

 

Yaponiya  - Gündoğar ölkədə müəllimlərin illik əməkhaqqı 62 min dollardır;

 

İrlandiya -  İrlandiyada müəllimlərin illik əməkhaqqı Yaponiyaya nisbətən daha çoxdur. Burada məbləğ 65 min dollardır;

 

Kanada - Kanada da məbləğ Yaponiyaya bərabərdir. Bu ölkədə müəllimlərin illik əməkhaqqı 65 min dollardır;

 

Niderland -  “Zanbaqlar ölkəsi”ndə  müəllimlərin illik əməkhaqqı 66 min dollara bərabərdir;

 

Avstriya  - Avstriyada da müəllimlərin illik əməkhaqqı Hollandiyadakı kimi 66 min dollardır;

 

ABŞ - Dünyanın ən güclü ölkələrindən olan ABŞ-da müəllimlərin illik əməkhaqqı da digər ölkələrə nisbətən daha çoxdur. ABŞ-da məbləğ 67 min dollara bərabərdir;

 

Cənubi Koreya - Son dövrlər bütün dünyanın diqqətini cəlb edən Cənubi Koreyada müəllimlərin əməkhaqları da olduqca yüksəkdir. Burada bir müəllimin illik əməkhaqqı 75 min dollardır;

 

Almaniya - Almaniyada müəllimlərin illik əməkhaqqı 75 min dollardır;

 

İsveçrə - Dünyanın ən təhlükəsiz ölkəsi sayılan İsveçrədə müəllimlərin illik əməkhaqqı 92 min dollardır;

 

Lüksemburq - Dünyada müəllimlərin ən yüksək əməkhaqqı Lüksemburqdadır. Burada müəllimlər bir il ərzində 137 min dollar maaş alırlar;