Azedu.az

Magistraturada bu ixtisaslaşmaları seçmək istəyən bakalavrların NƏZƏRİNƏ  

1 İyun 2021, 11:12
Magistraturada bu ixtisaslaşmaları seçmək istəyən bakalavrların NƏZƏRİNƏ  

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar qabiliyyət imtahanlarında iştirak etmək üçün iyunun 1–dən 5-dək link (//eservices.dim.gov.az/erizemag/proqram/) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, qabiliyyət imtahanları iyunun 9–dən 11-dək keçiriləcək.

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Putinin başqa yolu qalmadı: Bu şərtləri qəbul edir
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox