Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 14:15:00
Ağdam şəhər 1 saylı məktəb binası... - FOTO  

Bir qrup yerli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdama rayonuna səfəri davam edir.

 

AzEdu.az xəbər verir ki, “Report”un səfərdə iştirak edən əməkdaşının xəbərinə görə, jurnalistlər təməli qoyulan Ağdam şəhər 1 saylı məktəb binasında olub.

 

KİV nümayəndələri ermənilər tərəfindən dağıdılan məktəb binasının qalıqları ilə tanış edilib.

 

Qeyd edək ki, mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.