![](https://azedu.az/uploads/news/2018/03/56d9d61acbbf34394459aa0e.jpg)
Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahan 2 saat müddətində aparılıb.
Amma imtahanlar bitəndən sonra həm valideynlər, həm müəllimlər, həm də ekspertlər riyaziyyat fənnindən şagirdlərə təqdim olunan sualların mürəkkəbliyindən narazılıq ediblər.
Daha çox sualların həndəsədən düşməsi bir qədər çaşqınlıq yaradıb. İddia olunur ki, həndəsə tədris proqramında geniş yer tutmur və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə AzEDU-ya açıqlamasında yaranan suallara aydınlıq gətirib.
“İmtahanda istifadə olunmuş suallar dərsliklərə və fənlər tətbiq olunan standartlara uyğundur. Bu imtahanda açıq tipli tapşırıqlardan da istifadə olunur. Burada şagirdin oxuyub-anlama və riyazi bacarıqları qiymətləndirilir. Hər imtahanda test blokunda asan, orta və çətin tipli tapşırıqlar olur.
Bundan əlavə, 2013-cü ildən orta ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdlərinin monitorinq imtahanlarının nəticələri də geniş şəkildə təhlil olunur və mənimsənilməsi çətin olan mövzulardan imtahana suallar salınmır. Bu mövzular, eləcə də buraxılış imtahanı proqramları, fənlər üzrə alt standartlar, imtahanda istifadə olunacaq test tapşırığı nümunələri, qiymətləndirmə meyarları və s. “Abituriyent” jurnalının buraxılışlarında şagirdlərə təqdim olunur”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)