Təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kandis MakDeyqan ilə görüşüb.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.