Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 15:36:00
Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

2020-ci il 10 dekabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 54 dövlət orqanında 243 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilmişdir.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilmişdir.

 

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Müsahibədə iştirak üçün namizədlər 10 dekabr 2020-ci il tarixindən 11 yanvar 2021-ci il saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

 

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

 

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

 

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

 

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

 

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

 

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

 

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:   

 

  • struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
  • vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə. 

 

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (28) və Şəki Apellyasiya Məhkəməsi (17) tərəfindən təqdim olunmuşdur. 

 

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (28 vəzifə) –AC2 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 6, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 17, BB4 altqrupu üzrə 2 vəzifə;

2. Şəki Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 17 vəzifə;

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsi (11 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 10 vəzifə;

4. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (10 vəzifə) - AB3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 8 vəzifə;

5. Şəki İnzibati Məhkəməsi (10 vəzifə) - BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 9 vəzifə;

6. Sumqayıt Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 10 vəzifə;

7. Şirvan Apellyasiya Məhkəməsi (9 vəzifə) - BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 7 vəzifə;

8. Lənkəran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 9 vəzifə;

9. Gəncə Kommersiya Məhkəməsi (8 vəzifə) - BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 7 vəzifə;

10. Bakı Ağır Cinayətlər Məhkəməsi (7 vəzifə) - BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 6 vəzifə;

11. Cəlilabad Rayon Məhkəməsi (6 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 5 vəzifə;

12. Şəmkir Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

13. Şirvan İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 6 vəzifə;

14. Yevlax Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə;

15. Ağdam Rayon Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

16. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

17. Qazax Rayon Məhkəməsi (5 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 4 vəzifə;

18. Şəki Rayon Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

19. Xaçmaz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

20. Mingəçevir Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

21. Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 4 vəzifə;

22. İmişli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

23. Saatlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

24. Ağdaş Rayon Məhkəməsi (5 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə;

25. Şəki Kommersiya Məhkəməsi (5 vəzifə) - BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 3 vəzifə;

26. Bakı şəhəri Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

27. Bərdə Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

28. Füzuli Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə;

29. Füzuli Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

30. Gədəbəy Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

31. Göyçay Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

32. Hesablama Palatasında BA2 altqrupu üzrə 2 vəzifə;

33. Energetika Nazirliyində BA3 altqrupu üzrə 2 vəzifə;

34. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 2 vəzifə;

35. Beyləqan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;

36. Cəbrayıl Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;

37. Maliyyə Nazirliyi (2 vəzifə) - BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 1 vəzifə;

38. Laçın Rayon Məhkəməsi (2 vəzifə) - BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə;

39. Qusar Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;

40. Şabran Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə;

41. Şirvan Kommersiya Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

42. Şəki Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

43. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində AB3 altqrupu üzrə 1 vəzifə;

44. Milli Televiziya və Radio Şurasında AB2 altqrupu üzrə 1 vəzifə;

45. Əqli Mülkiyyət Agentliyində BA4 altqrupu üzrə 1 vəzifə;

46. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 1 vəzifə;

47. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində BA3 altqrupu üzrə 1 vəzifə;

48. Hacıqabul Rayon Məhkəməsində BB3 altqrupu üzrə 1 vəzifə;

49. Kəlbəcər Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

50. Naftalan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

51. Oğuz Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

52. Qobustan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

53. Gəncə şəhəri Nizami Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

54. Sumqayıt İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 1 vəzifə. 

 

Ümumilikdə, müsahibəyə çıxarılmış 243 vakant vəzifənin 3-ü 4-cü təsnifata, 50-si 5-ci təsnifata, 52s-i 6-cı təsnifata, 138-i 7-ci təsnifata aid olmaqla, 2-si AB, 2-si AC, 50-si BA, 189-u isə BB vəzifə qrupuna aiddir.