Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 08:26:43
Missiyamız

AzEDU – Azərbaycanın təhsil portalı. Bu portalın yaradılmasında məqsəd hər insanı daim izləyən təhsil, elm, maarif anlayışının bir cəmiyyət daxilində daha da inkişaf etdirilməsi, bu sahədə problem və perspektivlərin üzə çıxarılmasıdır.

Bu sayt jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq, keyfiyyətli informasiya təqdim etmək və Azərbaycanın təhsil arenasında ən etibarlı mənbə, bütün sualların cavablarının toplandığı baza olmağı hədəfləyib.

Təhsil sahəsində baş verənlər, maarifçi təfəkkür, intellektual yanaşma portalın əsas simasını təşkil edəcək. Təhsil hər bir evin görünməyən ailə üzvüdür. Kiminin özü, kiminin övladı, kiminin isə yaxın qohumu təhsilin bir parçasıdır. Biz bütün evlərdəki həmin görünməyən qəhrəmana xidmət edəcəyik. Ona görə də AzEDU hamıya, hər ailəyə aid olan bir məkana çevriləcək.