Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 16:18:00
Koronavirus bu məşhur universitetləri də VURDU –Reytinqdə geriləyənlər

 

 İngiltərə ali təhsil müəssisələrinin dörddə üçün dünya universitetlərinin beynəlxalq reytinq siyahısında geriləyib.

 

 

AzEdu.az Britaniyanın “The İndependent” nəşrinə istinadən xəbər verir ki, “Quacquarelli Symonds” (QS) şirkəti dünyanın ən nüfuzlu ali məktəblərinin yeni reytinq cədvəlini açıqlayıb.  

 

Oksford və London Universitet Kolleci (University College London) kimi nüfuzlu ingilis universitetləri siyahıda öz mövqelərini qoruya bilməyib.

 

Belə ki, İngiltərənin 84 ali təhsil ocağından 62-si reytinqdə bir qədər geriləyib.

 

Məşhur Oksford Universiteti dördüncü sıradan beşinci sıraya düşüb, “University College London” isə 2 pillə geriləyərək, 10-cu sırada qərarlaşıb.

 

London İmperial Kolleci (İmperial College London) doqquzdan səkkizinci pilləyə yüksəlib və ilk 20 yerdə öz mövqeyini yaxşılaşdıran yeganə İngiltərə universiteti olub.

 

Kembric və Edinburq universitetləri yeddinci və 20-ci sıralarda yer alaraq əvvəlki mövqelərini qoruya bilib.

 

“QS” tədqiqat direktoru Ben Soulerin fikrincə, bu geriləmənin əsas səbəbi odur ki, təhsilini akademik səviyyədə davam etdirənlər, həmçinin Avropa və dünyanın dörd bir tərəfindən olan tələbələr üçün artıq İngiltərə ali məktəbləri cəlbedici görünmür.

 

Qeyd edək ki, ingilis universitetlərinə koronavirusa görə də xarici tələbələrin müraciəti azalıb, bu səbəbdən Britaniyanın ali təhsil müəssisələri çox böyük maliyyə problemləri ilə üzləşib, çünki xarici tələbələr yerlilərlə müqayisədə daha çox ödəniş edirlər.