Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-25 10:26:00
Rezidentura təhsilinə bu hallarda xitam veriləcək-YENİLİKLƏR

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu əsaslar olduqda rezidentin təhsilinə xitam verilir. AzEdu.az həmin əsasları təqdim edir:

Bu barədə rezident yazılı ərizə verdikdə;

Əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;

 Məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə;

Attestasiyadan təkrarən keçmədikdə;

Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda;

Ödənişli əsaslarla təhsilalanlar müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi həyata keçirmədikdə;

 Həkim andını və sirrini pozduqda.

Həmçinin gələn il(2020-2021) rezidenturaya qəbul olunmaq istəyənlər yeni qaydalarla imtahan verəcəklər.

Dəyişiklərə əsasən, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanların nəticələri 5 il qüvvədə qalır. Yəni, onlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar.

Hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları