Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-16 14:45:00
Rezidenturaya ərizə verən həkim işdən azad olunmalıdır? - Cavab

Dünən Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Bəs, hazırda həkim işləyənlər rezidenturaya qəbul imtahanlarında iştirak edə bilərlər? Bu vaxt ərizə vermək üçün tutduqları vəzifədən azad olunmalıdırlarmı?

AzEdu.az məlumat verir ki, müxtəlif xəstəxana və ya tibb müəssisələrində çalışan həkimlər rezidenturaya qəbul üçün ərizə verə bilər. Ərizə vermək və imtahanlarda iştirak etmək üçün tutduğunuz vəzifədən azad olunmanız tələb olunmur. Lakin rezidenturaya qəbul olduqdan sonra, tədris başlayana qədər tutduğunuz vəzifədən azad olunmalıdırlar.

Qeyd edək ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları