Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-04 16:29:00
Alimlər kosmos şəraitində ürək xəstəliyini müalicə etdilər  

Həkimlər ilk dəfə kosmos şəraitində astronavtı tromb xəstəliyindən müalicə ediblər.

 AzEdu.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

 Xəstəliyin kosmik stansiyanın göyərtəsində yoxlama zamanı aşkarlandığı bildirilib.

 Rəhbərlik təcili olaraq həmin astronavtı Şimali Karolina Universitetinin tromb mütəxəssisi, həkim Stefan Moll ilə əlaqələndirib. Həkim üç aylıq terapiya təklif edib. Astronavt müalicə kursu ərzində trombu tamamilə aradan qaldıran dərmanlar qəbul edib. Üç ay davam edən müalicədən sonra tromb xəstənin həyatı üçün təhlükə yaratmayan ölçüyə düşüb. (Ted.az)