Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-26 12:03:00
Hazırlıq qruplarında dərs deyən müəllimlərin maaşı bu cür hesablanır

AzEdu.az mütəmadi olaraq direktor namizədlər və müəllimləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlayır.

Direktorların işə qəbul  imtahanında iştirak edən namizədlərə ən çox verilən suallardan biri də hazırlıq qruplarında dərs deyənlərlə bağlıdır.

Sual:

Ümumtəhsil məktəblərində ştat vahidi müəyyən edilərkən hazırlıq siniflərinin sayı nəzərə alınırmı?

Cavab:

Xeyr. Ümumtəhsil məktəblərində ştat vahidi müəyyən edilərkən hazırlıq siniflərinin sayı nəzərə alınmır.

Hazırlıq qruplarında dərs deyən müəllimlər diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən IV sinifdə tədris aparan müəllimlər arasından seçilirlər. Belə müəllimlərin əməkhaqları isə adi ibtidai sinif müəllimlərinin aldığı maaş kimi hesablanır. Sadəcə, bir müəllim üçün bir stavka 18 saat hesablandığı halda, hazırlıq qruplarında dərs deyənlər üçün bu, 12 saatdır. Çünki bu qruplarda həftədə 4 gün ərzində 3 saat dərs keçirilir.Dərs saatına uyğun əməkhaqqını hesablamaq üçün isə aylıq vəzifə maaşı 18-ə bölünərək, 12-ə vurulur.

Müəllimlər üçün nəzərdə tutulan H1, H2 kimi həvəsləndiricilər, eləcə də digər əlavələr məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə də eynilə tətbiq olunur.

H1 gənc müəllimlərə o halda verilir ki, müəllim şəhərdən 20 km-dən az uzaqlıqda yerləşən məktəbdə dərs deyir. H2 isə, məktəb mərkəzdən 20 km məsafədən daha uzaq olduğu halda verilir. H1 üçün maaşa 60 manat (vergi tutulmur), H2 üçün isə əlavə 160 manat (vergi tutulur)

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları